Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq. Tramp ABŞ-da doğulan əcnəbilərin vətəndaşlığını ləğv etmək niyyətində olduğunu açıqlayı
"Biz buna son qoymalıyıq. Bu gülüncdür", - Tramp bazar günü, dekabrın 8-də yayımlanan “NBC News”-a müsahibəsində deyib.
O, Amerika Konstitusiyasının 14-cü Düzəlişində nəzərdə tutulan bu müddəanı tam olaraq necə ləğv edəcəyini izah etməyib və yalnız bunu edə bilsə, bunu "icra fəaliyyəti ilə" edəcəyini söylədi.
Bununla belə, Donald Tramp ABŞ-a uşaq ikən daxil olan qeyri-qanuni mühacirlərin ölkədə qalmasına icazə verən qanunun qəbulu üçün demokratlarla işləməyə açıq olduğunu bildirib.
Tramp əvvəlki prezidentlik dövründə də oxşar planları açıqlamışdı.
Bu arada “The Insider” amerikalı hüquqşünas, Demokratiya Quruculuğu Fondunun rəhbəri İqor Slabıxın fikrini yazır.
Onun fikrincə, ABŞ Konstitusiyasının dəyişdirilməsi proseduru o qədər uzun və mürəkkəbdir ki, Trampın planını həyata keçirməyə vaxtı olmayacaq.
Bunun üçün Konqresin hər iki palatasının üçdə iki səslə təsdiqlənməsi, həmçinin ştatların üçdə ikisinin ratifikasiyası tələb olunur.