Tramp ABŞın BMTdəki səfiri postuna qatı İsrail

13.11.2024

Azvision saytına istinadən Icma.az xəbər verir.

Tramp konqresmen Eliz Stefanikin BMT-yə səfir təyin edildiyini elan edərək onu "ilk növbədə Amerikanın maraqlarını müdafiə edən inanılmaz dərəcədə güclü, sərt və ağıllı döyüşçü" kimi xarakterizə edib.
Stefanikin təyinatı ABŞ-ın BMT-yə münasibətdə daha sərt kurs seçdiyindən xəbər verir. Qeyd edək ki, Stefanik beynəlxalq təşkilatı, xüsusən də İsraillə bağlı mövqeyinə görə dəfələrlə tənqid edib.
Ötən ay çıxışı zamanı Stefanik bildirmişdi ki, Fələstin administrasiyası İsrailin təşkilatdan çıxarılması cəhdlərinə davam edərsə, Bayden administrasiyası BMT-nin maliyyələşdirməsi məsələsinə yenidən baxmalıdır.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью