Tramp ABŞın maliyyə naziri vəzifəsinə namizədini açıqlayıb AZƏRTAC

23.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 noyabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp maliyyə naziri vəzifəsinə investor Skott Bessenti təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.

Siyasətçinin sözlərinə görə, bu iş adamı geosiyasət və iqtisadiyyat üzrə aparıcı beynəlxalq investor və strateqlərdən biri kimi reputasiyaya malikdir.

Qeyd edək ki, Bessent və Tramp uzun illərdir bir-birlərini tanıyırlar. 2016-cı ildə investor siyasətçinin andiçmə komitəsinə bir milyon dollar ianə edib və sonuncu təkrar seçki kampaniyası zamanı ona iqtisadi məsələlərdə məsləhətlər verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью