Tramp: ABŞın maraqlarını sona kimi müdafiə etmək niyyətindəyik

10.01.2025

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Tramp: ABŞ-ın maraqlarını sona kimi müdafiə etmək niyyətindəyik

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu açıqlayıb.

"Biz beynəlxalq aləmdəki real vəziyəti düzgün qiymətləndirməliyik. Putinlə görüşümüz bu baxımdan olduqca uğurlu ola bilər. Biz istənilən halda, o cümlədən Ukraynaya münasibətdə ABŞ-ın maraqlarını sona kimi müdafiə etmək niyyətindəyik", - o, cümə axşamı Floridada jurnalistlərə deyib. Yayımı Fox News kanalı həyata keçirib.

"Çin sədri Si Cinpinə gəlincə, çoxlu müzakirələr olub. Çox sayda insanla çoxlu görüşlər planlaşdırılır, bəziləri artıq baş tutub. Amma mən yanvarın 20-nə qədər gözləməyi üstün tuturam.”, - deyə gələcək Amerika lideri əlavə edib.

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью