Tramp ABŞın Ukraynaya hərbi yardımla bağlı fikrini dəyişib Financial Times | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. "Tramp eyni zamanda NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırma
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşrin məlumatına görə, Donald Trampın komandası avropalı məmurlara ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirəcəyini planlaşdırdığı barədə məlumat verib.
Danışıqlardan məlumatlı olanların sözlərinə görə, bu ay Trampın xarici siyasət üzrə ən yaxın köməkçiləri avropalılara önun niyyətlərindən danışıb.
Seçkiöncəki kampaniya zamanı Ukraynaya hərbi yardıma son qoyacağını və Kiyevi dərhal sülh danışıqlarına başlamağa vadar edəcəyini vəd etməsinə rəğmən, indi o, andiçmədən sonra Amerika silahının Kiyevə tədarükünü davam etmək niyyətindədir.
Bununla birlikdə, Tramp NATO müttəfiqləri qarşısında müdafiə xərclərinin iki dəfədən çox artırmağı tələb edəcək.
Əgər hazırda bu məqsədli göstərici ÜDM-in 2 faizini təşkil edirsə (həm də bu normaya Alyansın 32 üzvündən yalnız 23-ü əməl edir), Tramp bu həddi 5 faizədək qaldırmaq istəyir.
Nəşrin həmsöhbətlərindən biri deyib ki, Tramp, ehtimal ki, sonucda 3, 5 faizə də razılaşacaq.
Tam oxu
Xəbəri oxu