Tramp ABŞnin yeni xəritəsini dərc etdi

09.01.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bir müddətdir Panama kanalını, Kanadanı və Qrenlandiyanı almaq istədiyini dilə gətirir.

“Cebheinfo.az” xəbər verir ki, 2025-ci ilin əvvəlində istefa verdiyini açıqlayan Kanadanın baş naziri Castin Trüdo isə ötən gün Trampa reaksiya verib.

54 yaşlı sabiq nazir "Kanadanın ABŞ-nin bir hissəsi olması ehtimalı cəhənnəmdə qartopu şansı qədərdir" deyib. 

Tramp həmçinin “X” hesabından Kanadanı ABŞ ərazisi kimi göstərən xəritəni paylaşıb.

Trampın oğlunun Qrenlandiyaya səfəri də reaksiyaya səbəb olub. 

Panama isə Trampa “Kanalımızın suverenliyi müzakirə belə edilə bilməz”, - deyə cavab verib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью