Tramp açıqladı: İranı belə əzəcəyik

20.08.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında yazıb. 

O, eyni zamanda Tehran rejimini dəstəkləyən ölkələri ağır iqtisadi sanksiyalarla hədələyib.

“Bu misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, - Birləşmiş Ştatlar lideri vurğulayıb. 

İranın bu fürsətdən yararlana bilmədiyini qeyd edən Ağ Ev rəhbəri bildirib: “Buna görə də bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı həyata keçirilməyən ən əzici və dağıdıcı iqtisadi əməliyyatı elan edirəm”.

D.Tramp paylaşımında İranın donanmasının, hava qüvvələrinin məhv edildiyini, hərbi zavodlarının xarabalığa çevrildiyini, valyutasının dəyərdən düşdüyünü və ölkənin iflasa uğradığını iddia edib.

ABŞ Prezidenti daha sonra bunları yazıb: “Bu gün mən həmçinin bəyan edirəm ki, maliyyə qurumları, şirkətlər, hava limanları və ya dövlət qurumları İrana xilasetmə xətti təqdim etməyə icazə verən hər hansı bir ölkə də böyük iqtisadi nəticələrlə üzləşəcəklər. Neft qaçaqmalçılığı, svop xətləri, nağd pul köçürmələri, valyuta mübadiləsi məntəqələri, gəmi reyestrləri, dəniz şirkətləri - bütün bunların hamısı dərhal dayandırılmalıdır”. 

Ağ Ev rəhbəri eyni zamanda İran təhdidini dəf etmək və məğlubiyyətə uğratmaq üçün bütün müttəfiqlərin ABŞ-nin yanında olmasının vacibliyini vurğulayıb.

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью