Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərini hədəf almamaq barədə razılığa gəldiyi açıqlamasına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında Rusiyanın belə bir razılaşmaya əməl edəcəyinə əmin olmadıqlarını deyib.
O bildirib ki, Ukrayna tərəfdaşlarına mühüm infrastrukturun dağıdılmasının qarşısını almaq üçün Rusiya ilə razılaşma əldə etməyi təklif edib. Zelenski ərzaq, enerji və digər əsas ehtiyaclarla bağlı obyektlərin qorunmalı olduğunu vurğulayıb.
“Rusiya hücumlarını əsasən bu ərazilərə yönəldir. Hər gün Ukraynanın enerji və liman infrastrukturu, logistika obyektləri, eləcə də ərzaq və dərman anbarları hədəfə alınır. Rusiyanın hər hansı razılaşmaya əməl etməyə hazır olduğuna əmin deyilik”, – deyə Zelenski qeyd edib.
Aytən Yaşar/ Turkustan.az