Tramp adamlarını Zəngəzur dəhlizinə görə İrəvana göndərir | Icma.az
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın nümayəndə heyəti “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi-red.) müzakirəsi üçün gələn həftə Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Nəşr yazır ki, nümayəndə heyətinin səfəri zamanı yolun tikintisi üçün zəruri investisiyaların həcmi, işlərin başlama tarixi və digər detallar müzakirə olunacaq.
Məlumata görə, səfərin məqsədi razılaşmaların praktiki həyata keçirilməsi üçün addımların ardıcıllığına aydınlıq gətirməkdir.
Ermənistan hökumətinin hələ də ABŞ-la əldə olunan razılaşmaların bütün detallarını ictimaiyyətə açıqlamadığı deyilir.
Əliyar Xəlil Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu