Tramp administrasiyası Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirəcək ŞƏRH |…
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaqdır.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.Xanım politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Prezident İlham Əliyev və Donald Tramp arasında olan telefon danışığı bir daha onu göstərir ki, respublikaçıların yenidən hakimiyyətə gəlməsi iki ölkə arasında olan münasibətlərə müsbət istiqamətdə təsir edə bilər:“Xüsusilə də, cənab Prezidentin ifadə etdiyi kimi Trampın birinci prezidentliyi dönəmində iki ölkə arasındakı əlaqələri nəzərdən keçirdikdə, bu istiqamətdə müsbət dəyişikliklərin olacağını ehtimal etmək mümkündür.
Tam oxu
Xəbəri oxu