Tramp administrasiyasına etiraz edən senator 25 saat çıxış edib

02.04.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Demokrat senatoru Cory Booker, Donald Trampın siyasətinə etiraz olaraq Senatda 25 saatdan çox fasiləsiz çıxış edərək, "Senat tarixində ən uzun çıxış" rekordunu qırıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bazar ertəsi yerli vaxtla saat 19:00-da ABŞ Senatının Baş Assambleyasında çıxışına başlayan və 25 saat 4 dəqiqə sonra nitqini tamamlayan demokrat senator Buker ölkə gündəminə çevrilib.

ABŞ mediası tərəfindən də canlı yayımlanan çıxışında Tramp administrasiyasının büdcə ixtisarlarını, federal idarədəki işdən çıxarmalarını və Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) bağlı büdcə azaltma əməliyyatlarını uzun müddət tənqid edən Booker, rekord qırıb.

"Mən fiziki olaraq ABŞ Senatının normal işini poza biləcək dərəcədə qərarlıyam", - deyə o, çıxışının əvvəlində: "Mən bu gecə qalxıram, çünki inanıram ki, ölkəmiz böhran içindədir", - deyən Booker, çıxışını çərşənbə axşamı axşama qədər gecə boyu davam etdirib.

Booker sosial təminat, Medicaid və immiqrasiya da daxil olmaqla, milli gündəmdəki bütün əsas məsələlərə toxunan açıqlamalar verib.

Heç bir qanunvericilik işinə mane olmadığı və heç bir qadağanı pozmadığı üçün danışmasına mane olmayan Booker, Senatın Baş Assambleyasının fasilə verib dağılmaması zamanı da kürsüdən ayrılmayıb.

Onun 25 saat 4 dəqiqə davam edən çıxışı "Senat tarixinin ən uzun çıxışı" olaraq qeydə alınıb və Booker məqsədinin Trampın "yanlış siyasətlərinə" diqqət çəkmək olduğunu bildirib.

ABŞ Senatında indiyə qədər edilən ən uzun çıxışı 2003-cü ildə vəfat etmiş senator Strom Thurmond 1957-ci ildə Mülki Hüquqlar Aktına qarşı 24 saat 18 dəqiqəlik nitqi olmuşdu.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью