Tramp administrasiyasına qarşı 2 ayda 150 dən çox iddia qaldırılıb | Icma.az
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Donald Trampın prezidentlik müddətinin cəmi iki ayı keçdikdən sonra Amerika lideri artıq onun siyasi qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə mübarizə aparır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“ABŞ-nin bütün ərazisində hakimlər tez-tez administrasiya əleyhinə qərarlar çıxarır və bəzi hallarda prezidentin konqresin təsdiqi olmadan hərəkət edərək səlahiyyətlərini aşa biləcəyini bildirirlər”, – nəşrin materialında deyilib.
Eyni zamanda, iddiaların böyük hissəsi miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır.
Həmçinin məhkəmələrdə dövlət qulluqçularının kütləvi işdən çıxarılması tez-tez mübahisələndirilir.
Tramp administrasiyası getdikcə daha çox məhkəmə əmrlərinə tabe olmamaqda və qanuna lazımi qaydada riayət etməməkdə ittiham olunur.
Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu