Tramp adminstrasiyası xarici yardımı dayandırmaq əmrini yumşaldıb

29.01.2025

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Ağ Ev həyati əhəmiyyət kəsb edən humanitar yardımın davam etməsinə icazə verib

ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici yardımın dondurulması əmrini yumşaldıb və həyati əhəmiyyət kəsb edən humanitar yardımın davam etməsinə icazə verib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Qəzet ABŞ dövlət katibi Marko Rubionun federal qurumlara və belə yardım alanlara göndərdiyi memorandumdan sitat gətirib. Orada deyilir ki, həyat qurtaran humanitar proqramlar dayandırılıbsa, davam etdirilməli və ya bərpa edilməlidir.

İstisnalara xüsusən də “həyati vacib dərmanlar, tibbi xidmətlər, ərzaq təchizatı, sığınacaq və minimum zəruri maddi yardım” daxildir.

Amma “abort, ailə planlaması konfransları, gender ideologiyası, cinsiyyətin dəyişdirilməsi əməliyyatları və ya həyatın xilas edilməsinə töhfə verməyən hər hansı digər sahəyə yardım” ilə bağlı proqramlara yardım edilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью