Tramp Afrikada oğurlanan ABŞ vətəndaşının azad olunduğunu açıqlayıb

14.08.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Qərbi Afrikada cihadçı qruplar tərəfindən oğurlanan amerikalı xristian missioner Kevin Rideout ABŞ-ın nəzarətinə qaytarılıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında məlumat verib.

Tramp bildirib ki, Rideout Qərbi Afrikada, son bir ildə dünyanın digər bölgələrindən daha çox ölümcül hücumun qeydə alındığı və islamçı terrorizmin episentri hesab olunan ərazidə oğurlanıb.

“Kevin, Amerika Birləşmiş Ştatları səni evdə qarşılamağı səbirsizliklə gözləyir. Kömək edə bildiyimiz üçün şadıq!” – Tramp bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью