Tramp Ağ Evdə Baydenlə görüşdü

13.11.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə gələrək hazırkı prezident Cozef Baydenlə görüşüb.

Manset.az Report-a istinadən xəbər verir ki, onlar hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəliblər.

“Deyildiyi kimi, hakimiyyətin dinc yolla ötürülməsinə sadiqik. İstəklərinizi yerinə yetirmək üçün hər şeyi edəcəyik”, - Bayden deyib.

Onlar Vaşinqtonda qarşıdan gələn hakimiyyət dəyişikliyi ilə bağlı işlərin təhvil-təslimi məsələlərini müzakirə edirlər.

“Siyasət çətin işdir. Səlahiyyətlətin rəvan ötürülməsini yüksək qiymətləndirirəm. O, mümkün olduğu qədər rəvan olacaq”, - Tramp deyib.

Qeyd edək ki, 2016-cı il seçkilərindən sonra artıq ABŞ Prezidenti vəzifəsini icra etmiş Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıtmağı bacaran ilk ABŞ siyasətçisi olub. Respublikaçı Trampın inauqurasiyası gələn il yanvarın 20-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью