Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tramp Ağ Evdə Baydenlə görüşüb “CNN” telekanalı xəbər verir ki, ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp ölkənin hazırkı rəhbəri Co Baydenlə görüşüb.
Seçilmiş prezident birinci səlahiyyət müddəti başa çatdıqdan sonra ilk dəfə Ağ Evə səfər edib.
Görüşün əvvəlində Bayden ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminin keçiriləcəyi yanvarda hakimiyyətin “rəvan keçidinə” ümid etdiyini bildirib.
“Yaxşı, cənab seçilmiş prezident, keçmiş prezident Donald. Təbrik edirəm,” Bayden Tramp Oval kabinetdə onunla üzbəüz oturarkən dedi.
İndiki və gələcək prezidentlər əl sıxıblar, bundan sonra Tramp qeyd edib ki, siyasət “çətin bir şeydir və bir çox hallarda dünya heç də xoş yer deyil”.
Bayden və Tramp hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəliblər.
"Bu, mümkün qədər rəvan gedəcək və mən bunu həqiqətən yüksək qiymətləndirirəm, Co,"- respublikaçı deyib.