Tramp Ağ Evdə dəyişiklik etmək istəyir: “Başqa yerə köçürə bilərəm”

24.10.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin istifadə etdiyi və mətbuat brifinqlərinin keçirildiyi zalın başqa yerə köçürülə biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək brifinq zalının ləğv olunacağı və ərazidəki əvvəlki qapalı hovuzun bərpa ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

ABŞ prezidenti bu xəbərləri təkzib edərək, köhnə hovuzun bərpa olunmasının heç vaxt planlaşdırılmadığını vurğulayıb. Bununla belə, jurnalistlərin başqa yerə köçürülə biləcəyini qeyd edib.

Məsələ necə yaranıb?

“New York Times” qəzetinin məlumatına görə, Tramp avqust ayında Ağ Evin keçmiş mətbuat katibi Karolin Livittə brifinqlərin keçirildiyi Ceyms S. Bredi zalının başqa yerə köçürülməsini təklif edib. Lakin bu fikir həyata keçirilməyib.

Qəzet yazıb ki, Tramp həmin zalda Franklin Ruzveltin prezidentliyi dövründə mövcud olmuş qapalı müalicəvi hovuzun olmasını üstün tutduğunu bildirib.

Daha sonra Riçard Niksonun prezidentliyi dövründə hovuz ləğv edilərək ərazi mətbuat brifinqlərinin keçirilməsi üçün uyğunlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью