Tramp Ağ Evdə iftar verdi FOTOLAR KONKRET

29.03.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp müqəddəs Ramazan ayının başa çatması ərəfəsində Ağ Evdə ənənəvi iftar süfrəsi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Tramp noyabr seçkisində göstərdikləri dəstəyə görə yüzminlərlə amerikalı müsəlmana təşəkkür edib və əmin edib ki, onun administrasiyası bu icmaya verdiyi vədləri yerinə yetirir.

“Mənim administrasiyam Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün yorulmaz diplomatiya həyata keçirir və bu məsələdə hamının qeyri-mümkün hesab etdiyi tarixi Avraam razılaşmalarına əsaslanır. Və indi biz onları həyata keçirməyə başlayacağıq”, – deyə Tramp bildirib.//Qafqazinfo




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью