Tramp Ağ Evdə Rütte ilə gizli görüş KEÇİRƏCƏK

24.06.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp bu gün (çərşənbə günü) Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə qapalı formatda görüş keçirməyi planlaşdırır. Bu barədə məlumat ABŞ liderinin 24 iyun tarixinə olan iş qrafikində yer alıb.
Bizim.Media xəbər verir ki, rəsmi sənədə əsasən, danışıqlar Vaşinqton vaxtı ilə saat 15:30-da Ağ Evin Oval ofisində başlayacaq. Proqramda görüşün mətbuata qapalı keçiriləcəyi xüsusi qeyd olunub. Halbuki, ABŞ Prezidentinin administrasiyası bundan əvvəl Tramp və alyansın Baş katibi arasında baş tutan görüşlərin açıq hissələrinə jurnalistlərini dəfələrlə dəvət edib.
 

"Euronews" nəşrinin yaydığı məlumata görə, NATO rəhbərinin ABŞ-a səfərində əsas məqsəd alyansın iyulda Ankarada keçiriləcək sammiti ərəfəsində tərəflər arasındakı "transatlantik gərginliyi" yumşaltmaqdır.


Ağ Ev rəhbəri ilə aparılacaq danışıqlardan başqa, Mark Rüttenin Vaşinqtonda ABŞ administrasiyasının digər yüksəkrütbəli rəsmiləri ilə də görüşləri planlaşdırılıb. Bundan əlavə, Baş katib paytaxtdan E5 qrupu ölkələrinin (Polşa, Almaniya, Fransa, İtaliya və Böyük Britaniya) sammitinə məsafədən (onlayn) qatılacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью