Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə süni intellekt üzrə elmi sammitdə iştirak edəcək.
Bizim.Media xəbər verir ki, sammitdə “superintellekt”dən elmi kəşfləri sürətləndirmək və ABŞ-nin bu sahədə liderliyini gücləndirmək üçün istifadə imkanları müzakirə olunacaq.
ABŞ administrasiyasının “Genesis Mission” təşəbbüsü çərçivəsində texnologiya şirkətlərinin 1 milyard dollardan çox maliyyə öhdəliyi elan edəcəyi gözlənilir. Təşəbbüsə AMD, OpenAI və Anthropic kimi şirkətlər də qoşulacaq.
Bundan əlavə, ABŞ-nin cənub-şərqində yerləşən 10 ştatda 14 qurumu birləşdirəcək yeni hesablama mərkəzinin yaradılması da açıqlanacaq.
Bizim.Media