Tramp Ağ Evə səsküylə qayıtmağa hazırlaşır

11.12.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp hökumətin miqrasiya, enerji, təhsil və digər sahələr üzrə siyasətini əsaslı şəkildə dəyişdirmək üçün yanvarın 20-də Ağ Evə qayıdışının ilk günündə 25-dən çox fərman və direktivləri imzalayaraq səs-küy yaratmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Prezidentliyə başladığı ilk gündə Donald Tramp ABŞ hökumətinin miqrasiyadan tutmuş enerjiyə qədər olan məsələlərlə bağlı siyasətini əsaslı şəkildə dəyişdirmək üçün 25-dən çox sərəncam imzalamağı planlaşdırır”, - mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью