Tramp Ağ Evi öz vəsaiti ilə təmir etdirdi: 24 karatlıq qızıl detallar göz oxşadı

29.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin interyerini şəxsi vəsaiti hesabına təmir etdirdiyini bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Atlantic" jurnalına verdiyi müsahibədə danışıb.

ABŞ lideri binanın daxilini, o cümlədən 24 karatlıq qızılla bəzədiyini də vurğulayıb.

O, Ağ Evin otaqlarından birində yeni çilçıraq asmaq niyyətində olduğu barədə xəbərləri də təsdiqləyib:

"Təmirdən sonra Oval kabinet necə lazımdırsa, elə görünməyə başladı. Əvvəllər bu otağa qulluq göstərilmirdi, vəziyyəti baxımsız idi", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью