Tramp Ağ Evin aparat rəhbərini dəyişir

06.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton, 6 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri vəzifəsinə Stiven Millerin təyin olunacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.

Prezident bildirib ki, hazırda Ağ Ev aparat rəhbərinin müavini vəzifəsini icra edən və onun ən etibarlı müşavirlərindən biri olan Stiven Miller noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsini tutacaq.

Trampın sözlərinə görə, indiyədək bu vəzifədə çalışan Syuzi Uayls isə onun siyasi fəaliyyətini əlaqələndirən komandaya keçəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью