Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 11 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibi vəzifəsinə televiziya aparıcısı Ben Ferqyusonun namizədliyini nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ferqyusonun adı Trampla yaxın çevrəsi arasında müzakirə olunur. Digər mümkün namizədlər sırasında CNN-in şərhçisi Skott Cenninqs, Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq, “Breitbart”ın rəhbəri Metyu Boyl və keçmiş mətbuat katibi Ari Fleyşer də var.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi Karolin Levittin avqust ayında istefasından sonra boş qalıb. Onu əvəz edən Keti Zakariya isə vəzifədə cəmi beş gün çalışıb.