Tramp Ağ Evin mətbuat katibini 5 gün sonra işdən ÇIXARDI

16.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Keti Zakariyanı vəzifəyə təyin edildikdən cəmi beş gün sonra işdən çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Ağ Ev və Zakariya məsələ ilə bağlı şərh verməyib. Lakin oktyabrın 16-da Tramp mətbuat katibinə bu vəzifədə çalışmaq qərarına yenidən baxmağı təklif etdiyini bildirib.

Beləliklə, Zakariya Ağ Evin mətbuat katibi vəzifəsində ən qısa müddət çalışan şəxs kimi Entoni Skaramuççinin rekordunu yeniləyib. Skaramuççi 2017-ci ilin iyulunda təyin olunduqdan cəmi 10 gün sonra vəzifəsindən azad edilmişdi.

Qeyd edək ki, daha əvvəl Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin administrasiya əməkdaşları arasında narahatlıq yaratdığı bildirilmişdi. Cəmi 14 dəqiqə davam edən brifinqdə Zakariya üç suala cavab vermişdi.

Xədicə BAXŞILI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью