Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat katibinin vəzifələrini müvəqqəti olaraq dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent də daxil olmaqla departament rəhbərləri tərəfindən yerinə yetiriləcəyini deyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bunu İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Ağ Evin mətbuat katibi olmaq istəyən çox insan var. Çoxları bunu istəyir, çoxları bununla bağlı müraciət edib", - deyə Tramp vurğulayıb.
Tramp sentyabrın əvvəlində Ağ Evdə vitse-prezident J.D. Vensin jurnalistlər üçün keçirdiyi brifinqi xatırladaraq deyib:
"Marko Rubio, Skott Bessent, Hovard Latnik kimi şəxslərdən istifadə edəcəyik".
Anar