Tramp: Aİ ABŞ ni məhv etmək üçün yaradılıb

27.02.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Tramp Avropa İttifaqının ABŞ-ni məhv etmək üçün yaradıldığını bəyan edib.

Ölkə.Az xəbər verir ki, o, belə bir bəyanatla Ağ Evdə kabinetin ilk iclasında deyib. 

Avropa İttifaqına (Aİ) üzv ölkələrə 25 faiz rüsum tətbiq edəcəyini xatırladan Tramp, indiyə qədər Aİ-dən gələn avtomobillərə gömrük rüsumunu tətbiq etmədiklərini bildirib.

Aİ-nin yaradılma məqsədinə gəldikdə Tramp deyib: "Bax, düzünü desək, Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün yaradılıb. Onların məqsədi bu idi və onlar bunu yaxşı bacardılar. Amma indi mən prezident olduğum üçün qisas ala bilməzlər".

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью