Tramp: Aİ ilə razılaşmağa can atmırıq

24.05.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Donal Tramp Oval Ofisdə Avropa İttifaqı və "Apple"a qarşı yeni tarif təhdidləri ilə bağlı şərhlər verib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Avropa İttifaqı ilə danışıqların ləng irəlilədiyini bildirən Tramp təşkilatın illərdir ABŞ-ylə çox pis rəftar etdiyini və birliyin Birləşmiş Ştatlara zərər vurmaq, ölkədən faydalanmaq üçün qurulduğunu təkrarlayıb.

"Bildiyiniz kimi, Aİ-yə üzv dövlətlər Mercedes, BMW, Volkswagen və digər markalarla milyonlarla avtomobil satırlar. Bizə isə həmin təşkilata avtomobil satmaq qadağandır ki, bu da xoşagələn deyil. Mən dedim ki, artıq oyunu mənim qaydalarımla oynamağın vaxtıdır",- Tramp əlavə edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью