Tramp Aİ ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb

17.04.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 17 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 90 günlük fasilə müddəti bitənə qədər Avropa İttifaqı ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşündə deyib. O yüz faiz ticarət razılaşmasının olacağını qeyd edib: “Biz ədalətli sövdələşmələr aparacağıq, lakin tələsmirik. Avropa və ya digəri ilə razılaşmaqda çox az problemimiz olacaq”.

Qeyd edək ki, Ağ evdə ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corciya Meloni arasında görüş keçirilir. Bu, Ağ evin tarif tətbiqi ilə bağlı qərarından sonra Avropa lideri ilə keçirilən ilk görüşdür.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью