Tramp Aİ nin Çin idxalına yeni tariflər tətbiq etməyə çalışır

24.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonla ticarət razılaşması əldə etmək üçün Avropa İttifaqından (Aİ) gələn Çin mallarına rüsumları artırmağa çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Nəşrə verilən məlumata görə, Birləşmiş Ştatlar Avropa İttifaqının Amerikanın Çinə iqtisadi təzyiq göstərmək kampaniyasına qoşulmasında israr edir və Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir. "Bununla belə, Çin Aİ-nin ixracatı üçün mühüm bazar olaraq qalır və blok Pekinlə ticarət müharibəsində maraqlı deyil", - deyə nəşr vurğulayır. Qəzetin mənbələri qeyd edir ki, Birləşmiş Ştatlar digər ölkələrlə, o cümlədən Cənubi Koreya və Yaponiya ilə ticarət danışıqlarında Çinlə bağlı oxşar tələblər irəli sürür.

“The Wall Street Journal” həmçinin yazır ki, Amerika lideri Aİ ilə ticarət danışıqlarının tempindən razı deyil və hesab edir ki, müzakirələr kifayət qədər sürətlə getmir. Amerika rəsmiləri görüşlərdə avropalı həmkarlarına bildiriblər ki, Vaşinqton Aİ-nin həddən artıq ehtiyatlı yanaşmasından və ABŞ-ın iddialarını həll etməyə yönəlmiş konkret təkliflər vermək istəməməsindən narazıdır.

Daha əvvəl Tramp bildirmişdi ki, Avropa İttifaqı ilə ticarət danışıqlarının mürəkkəbliyinə görə o, iyunun 1-dən icmaya qarşı 50% tariflərin tətbiqini tövsiyə edir. Eyni zamanda o xatırladıb ki, Avropa şirkətləri öz məhsullarını ABŞ-da istehsal edərlərsə, heç bir rüsum ödəməli olmayacaqlar. Trampın iddia etdiyi kimi, Avropa İttifaqının yaradılmasının əsas məqsədlərindən biri ticarətdə ABŞ üzərində üstünlük əldə etmək idi. Amerika prezidenti həmçinin vurğulayıb ki, ABŞ-ın Aİ ilə ticarət kəsiri qəbuledilməzdir və 250 milyard dollar təşkil edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью