Tramp Aİ ölkələrindən idxal olunan alkoqollu içkilərə 200 % gömrük rüsumu tətbiq etməklə hədələyib

13.03.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ, Avropa İttifaqı (Aİ) viski tariflərni ləğv etmədiyi təqdirdə, şərab da daxil olmaqla Aİ ölkələri istehsalı olan alkoqollu içkilərə 200 % gömrük rüsumu tətbiq edə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” nəşrində yazıb.

O qeyd edib ki, Aİ viskiyə 50 % gömrük rüsumu tətbiq edib: “Əgər bu rüsumlar dərhal ləğv edilməsə, ABŞ Fransa və Aİ-ni təmsil edən digər ölkələrdən tədarük edilən bütün şərab, şampan və alkoqollu məhsullara 200 % gömrük rüsumu tətbiq edəcək. Bu, ABŞ-də şərab və şampan istehsalı üçün əla olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью