Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Avropa İttifaqına üzv ölkələr ABŞ-dan daha çox neft və qaz almalıdır.
Əks halda gömrük rüsumları qaldırılacaq. Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp
"Mən Aİ-yə dedim ki, onlar bizim neft və qazımızı böyük miqdarda almaqla ABŞ-la olan böyük kəsirlərini kompensasiya etməlidirlər.
Əks halda, bu, həmişəlik TARİF olacaq!!!" - Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.
ABŞ dünyanın ən böyük xam neft istehsalçısı və mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçısıdır.
Aİ və Vyetnam da daxil olmaqla LNG alıcıları, qismən tarif təhlükəsindən yayınmaq üçün ABŞ-dan daha çox yanacaq almaq barədə müzakirə aparıblar.
Aİ rəsmiləri və üzv ölkələr Trampın keçən ay seçkilərdə qələbə çalmasından sonra ticarət hücumuna hazırlaşır.
2017-ci ildə Tramp əvvəlki səlahiyyət müddətində milli təhlükəsizlik narahatlığını əsas gətirərək Avropa poladı və alüminiumuna tariflər tətbiq etməsi ilə bağlı gözlənilməz addım atıb.