Tramp Ali Məhkəməyə apellyasiya şikayəti verəcək

07.08.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bal zalının tikintisinin dayandırılması ilə bağlı Apellyasiya məhkəməsinin qərarından şikayət etmək üçün Ali Məhkəməyə müraciət edəcəyini bildirib.

"Report" xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb.

"Biz dərhal ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyik", – deyə Amerika lideri yazıb.

Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv etməlidir deyən Tramp həmin qərarı ədalətsiz adlandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью