Tramp Ali Məhkəməyə müraciət ETDİ

08.01.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, New-Yorkdakı "sus payı" davası ilə bağlı 10 yanvarda keçirilməsi planlaşdırılan cəza məhkəməsinin ertələnməsi üçün ABŞ Ali Məhkəməsinə müraciət edib.

Redaktor.az xəbər verir ki, dünən New-Yorkdakı apellyasiya məhkəməsi onun müraciətini rədd etdikdən sonra Tramp, bu gün Ali Məhkəməyə təcili müraciət edib.

Trampın hüquq komandasının müraciətində məhkəmənin ertələnməsinin vacib olduğu qeyd edilib:

"Bu məhkəmə, prezidentlik institutu və federal hökumətin işləməsinə qarşı ciddi haqsızlıq və zərərin qarşısını almaq üçün New-Yorkdakı məhkəmənin davam etməsini dərhal dayandırmalıdır", - ifadələri yer alıb.

Ali Məhkəmə, müraciəti nəzərdən keçirmək üçün, sabah səhərədək işin prokurorları tərəfindən cavab verilməsini tələb edib.

Seymur BƏNNAYEV 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью