Tramp Almaniya kanslerini “prinsessalar otağı”nda yerləşdirdi KONKRET

05.06.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp Vaşinqtona səfər edən Almaniya kansleri Fridrix Mersin qalacağı yer kimi Blair House qonaq evindəki məşhur “prinsessa otağını” seçib. Bu barədə Bild nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Mers otelin ən romantik və zərif otaqlarından birində – çəhrayı yataq otağında, XIX əsrə aid baldaxinli çarpayı və antik ingilis mebeli ilə təchiz olunmuş dəbdəbəli nömrədə yerləşdirilib. Bu otaqda bir zamanlar prinsessa Diana və Jacqueline Kennedy də qalıblar.

Məlumata görə, Blair House otelində ümumilikdə 119 otaq, 14 yataq otağı, 35 vanna otağı, və 6,500 kvadrat metrdən çox sahə mövcuddur. Mersin Tramp ilə görüşə hazırlaşması üçün bir neçə konfrans zalı da onun istifadəsinə verilib.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью