Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür

08.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin qoşun kontingentinin Almaniyadan çıxarılması imkanını nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri D.Trampın administrasiyasına yaxın mənbələrə istinadla məlumat paylaşıb.

Mənbələr bildiriblər ki, sözügedən kontingentin sonradan Macarıstanda yerləşdirilməsi variantı nəzərdən keçirilir: "Avropada onların, deyəsən, müharibə tərəfdarı olmaları Trampı qəzəbləndirir".

Qeyd edək ki, hazırda Almaniyada 35 min ABŞ-li hərbi qulluqçu xidmət aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью