Tramp Almaniyaya GÖZLƏNİLMƏZ TƏKLİF: Berlin nə cavab verəcək? KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə görüşdə Amerika qazı və neftinin tədarükünü artırmağı və bunu ABŞ və Aİ-nin hazırda müzakirə etdiyi ticarət sazişinə daxil etməyi təklif kimi səsləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Merzin Ağ Evə ilk səfəri zamanı ticarət razılaşması əsas mövzulardan biri olub.
Trampın sözlərinə görə, o, ümid edir ki, bu, Amerikanın enerji ixracatının artmasına gətirib çıxaracaq və Merz də buna öz töhfəsini verəcək: “Bizim yaxşı ticarət müqaviləmiz olacaq.
Demək istədiyim odur ki, bunu böyük ölçüdə Avropa İttifaqı müəyyən edəcək, amma siz bunun çox böyük bir hissəsisiniz”.
Prezident ABŞ-da enerji istehsalına dəstək verməyə və onlar üçün yeni bazarlar tapmağa çalışdığını vurğulayıb.
“Bizim çoxlu neft və qazımız var” deyən Tramp onları “ticarət müqaviləmizin bir hissəsi” edəcəyinə ümid etdiyini bildirib.
Tam oxu
Xəbəri oxu