Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli ümumi müzakirələrində çıxışı zamanı deyib.
“İqtisadiyyatımıza bütün dünya həsəd aparır. Ordumuz dünyanın ən qüdrətli ordusudur, texnologiyamızın tayı-bərabəri yoxdur və demək olar ki, hər sahədə liderik. Enerjimiz bütün dünyanı təmin edir. Amerika yüksəlir, dövlətimiz inkişaf edir, gücümüz artır. Ölkəmiz əvvəlkindən daha yaxşı vəziyyətdədir və gələcəyimiz çox parlaqdır”, – deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton