Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp iyulun 30-da Pakistanla yeni saziş imzaladığını və bu müqaviləyə əsasən, amerikalı iş adamlarının pakistanlı həmkarları ilə birlikdə ölkədəki neft ehtiyatlarının işlənilməsi üçün çalışacaqlarını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" platformasında yazıb.
"Biz hazırda bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçirik. Kim bilir, bəlkə bir gün onlar Hindistana neft satacaqlar", - Donald Tramp yazıb.