Tramp andiçmə mərasimindən sonra Putinlə telefon danışacaq CNN

20.01.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz komandasına yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonrakı ilk günlərdə Rusiya lideri Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.

APA xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Tramp köməkçilərinə vəzifəyə gəldikdən bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.

CNN-in verdiyi xəbərə görə, telefon danışığının mövzularından biri Ukraynadakı münaqişənin həlli üçün yaxın aylarda iki liderin mümkün şəxsi görüşünün müzakirəsi olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью