Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək 36-cı NATO Zirvə Görüşü ərəfəsində ABŞ Prezidenti Donald Tramp NATO üzvlərinin müdafiə xərclərini sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, sosial media hesabında 2014–2025-ci illəri əhatə edən təxmini müdafiə büdcəsi cədvəlini paylaşan Tramp bildirib ki, ABŞ alyans daxilində ən böyük maliyyə yükünü daşıyır, lakin bunun qarşılığında kifayət qədər fayda əldə etmir.
"ABŞ NATO-ya digər ölkələrdən daha çox vəsait xərcləyir, sadəcə onları qorumaq üçün, lakin bunun əvəzində heç bir fayda görmür", – deyə Tramp paylaşımında qeyd edib.
Trampın paylaşdığı siyahıya əsasən, NATO ölkələri arasında ən yüksək müdafiə büdcəsi ABŞ-a məxsusdur:
ABŞ – 999 milyard dollar
Birləşmiş Krallıq – 90,5 milyard dollar
Fransa – 66,5 milyard dollar
İtaliya – 48,8 milyard dollar
Polşa – 44,3 milyard dollar
Tramp Almaniya da daxil olmaqla digər Avropa müttəfiqlərinin müdafiə xərclərinin ABŞ-la müqayisədə xeyli aşağı olduğunu vurğulayaraq, onların NATO-ya töhfələrinin kifayət etmədiyini bildirib.
Trampın açıqlamalarının kölgəsində keçiriləcək 36-cı NATO Zirvə Görüşü Ankarada genişmiqyaslı diplomatik fəallıqla yadda qalacaq.
Zirvədə NATO-nun 32 üzv ölkəsinin dövlət və hökumət başçıları, yüzə yaxın nazir, yüksək səviyyəli diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və minlərlə xarici qonağın iştirakı gözlənilir.
Əsas sammitdən əvvəl həftələrdir davam edən rəsmi tədbirlər proqramı aşağıdakı görüşlərlə yekun mərhələyə çatacaq:
6 iyul – NATO-ya üzv ölkələrin daimi nümayəndələri və səfirlərinin iştirakı ilə SAM–Chatham House qeyri-rəsmi seminarı.
6–7 iyul – Qlobal təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi "NATO Zirvə Dialoqları" panel silsiləsi.
7–8 iyul – Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi, SETA və Münhen Təhlükəsizlik Konfransının (MSC) birgə təşkil etdiyi "Müttəfiqlər Ankarada" tədbiri, həmçinin Transatlantik Siyasət Planlayıcılarının Dəyirmi Masa Görüşü keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az