Tramp Ankaraya canavar la gəldi VİDEO

07.07.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Ankaraya gəlib.

Trampı daşıyan "Air Force One" təyyarəsinin enişindən əvvəl ABŞ prezidentinin istifadə etdiyi, "canavar" (The Beast) ləqəbli zirehli xidməti avtomobilin də daxil olduğu prezident korteji Ankaradakı oteldən hava limanına yollanıb.

Trampın hava limanında "canavar" ləqəbli zirehli avtomobilə minərək gücləndirilmiş təhlükəsizlik tədbirləri altında qalacağı otelə aparılması planlaşdırılır.

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edən Donald Tramp 17 ildən sonra Türkiyəyə rəsmi səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşüb.

Təxminən 9 ton ağırlığında olan "Cadillac One" avtomobili hərbi səviyyəli zirehlə, güllə və partlayışa davamlı şüşələrlə, kimyəvi hücumlara qarşı izolyasiya edilmiş kabin və müasir rabitə sistemləri ilə təchiz edilib. Bu səbəbdən o, dünyanın ən təhlükəsiz dövlət başçısı avtomobillərindən biri hesab olunur.

"AzPolitika.info"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью