Tramp Ankaraya səfərə hazırlaşır

01.06.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Toplantısında iştirak edib-etməyəcəyi hələ də qeyri-müəyyən olsa da, Trampın Ərdoğana telefon danışığı zamanı sammitdə iştirak edəcəyi barədə məlumat verdiyi iddia edilib.
Aprel ayında ABŞ Prezidenti Donald Tramp ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə düşündüyünü və ittifaqdan iyrəndiyini bildirib. Bu açıqlamalar Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı ciddi suallar doğurmuşdu.

Ölkə.az “Middle East Eye” (MEE)yə istinadən xəbər verir ki,  Tramp mayın 20-də Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ankarada keçiriləcək NATO Zirvə Toplantısında iştirak edəcəyini deyib.
Tramp deyib ki, Ankarada keçiriləcək Zirvə Görüşünə gələcəyəm.
Nəşrin yazdığına görə, Ərdoğanla Tramp  NATO Zirvəsindən əvvəl də görüşə bilərlər. Bildirilir ki, Ərdoğan Trampla 25 iyunda Los-Ancelesdə keçiriləcək ABŞ-Türkiyə Dünya Kuboku matçından əvvəl və ya sonra görüşə bilər. 

Rəsmilər bildirirlər ki, NATO-nun baş katibi Mark Rutte və digər Avropa liderləri Trampa ittifaqın əhəmiyyətini izah etməyə çalışacaqlar; lakin bəziləri Tramp dövründə başlayan bu çatın qaçılmaz sona doğru getdiyinə inanır və buna görə də Türkiyənin, ev sahibi ölkə kimi və digər müttəfiqlərin edə biləcəyi ən yaxşı şey ABŞ-ın Avropadan qəfil deyil, tədricən çıxması üçün yol xəritəsi tələb etməkdir.

Məsələ ilə tanış olan bir avropalı diplomat bildirib ki, “bizə həm Trampın tələblərini qarşılaya biləcək, həm də Avropanın təhlükəsizlik ehtiyaclarını ödəyə biləcək yeni bir çərçivə lazımdır. Lakin bu, illər çəkəcək".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью