Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza üçün təklif etdiyi Sülh Şurası BMT-ni əvəz edə bilər.Modern.az-ın məlumatına görə, bu barədə “Foks nyus” məlumat yayıb.ABŞ prezidenti həmçinin jurnalistlərə BMT-nin öz missiyasını yerinə yetirmədiyini də bildirib.
"Mən BMT-nin böyük fanatıyam, amma gözləntiləri doğrultmadı.
BMT mənim həll etdiyim bütün müharibələri həll etməli idi", - Tramp deyib.Ekspertlər Trampın açıqlamasını mövcud beynəlxalq nizamın yenidən nəzərdən keçirilməsi kimi qiymətləndiriblər.
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının qurucu sədri qismində 60 ölkəyə üzvlük üçün dəvət göndərib.
ABŞ hakimiyyəti Qəzza zolağı üçün Beynəlxalq Sülh Şurasında daimi üzvlük üçün ölkələrdən ən azı 1 milyard dollar ianə etmələrini istəyib.Sülh Şurası ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsait toplayacaq.
Burada həmçinin, Qəzza zolağı üçün icra komitəsi və icra şurasının da yaradılması planlaşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.