Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp bu həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
Məlumata görə, Zelenski Ağ Evdən ABŞ-a səfər etmək üçün rəsmi dəvət alıb.
Tramp bildirib ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında silahlı münaqişə sona çatıb və ona görə də indi Ukrayna böhranını həll etməyin vaxtıdır.
Digər tərəfdən, İsrail Knessetində çıxışı zamanı Ağ Ev rəhbəri Qəzza zolağında münaqişənin həlli üzrə Amerika nümayəndəsi Stiv Uitkoffa müraciət edib:
“Biz bu məsələni həll etməliyik. Zəhmət olmasa, Stiv, gəlin Rusiyaya diqqət edək”.
Əliyar Xəlil
Globalinfo.az