Tramp antiİran kabineti qurur: Adlar açıqlandı Yeni Sabah | Icma.az
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq. Donald Tramp seçkilərdən sonra yeni komandasının tərkibini açıqlayıb.
Əsaslı təyinatlar arasında Syuzan Uayls Ağ Evin başçısı vəzifəsinə, Pit Heqset müdafiə naziri vəzifəsinə, Matt Qaetz isə ədliyyə naziri olaraq göstərilib.
Eyni zamanda, Tulsi Qabbard Milli Kəşfiyyat direktoru vəzifəsinə təklif olunub.
Bu təyinatlar Trampın yaxın tərəfdarları və siyasi müttəfiqləri ilə formalaşdırılıb.
Bu, Donald Trampın daha sərt təhlükəsizlik siyasəti və hüquq sistemində islahatlar həyata keçirəcəyi anlamına gəlir.
Qeyd edilir ki, bundan sonra ABŞ-nin xarici siyasətində və daxili iqtisadiyyatında daha sərt yanaşmalar tətbiq ediləcək.
Yenisabah.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Musavat.com-a mövzu ilə bağlı şərh verərkən bəzi məqamları diqqətə çatdırıb: “ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp artıq komandasının tərkibini elan edib və yəni administrasiyada müdafiə naziri, dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri və Amerikanın İsraildəki yeni səfiri postları xüsusi maraq doğurur.
Maraqlısı budur ki, ABŞ-nin İsraildəki səfiri ilk dəfə olaraq yəhudi yox, Arkanzas ştatının keçmiş qubernatoru, ABŞ prezidentliyinə iki dəfə namizəd olmuş Mayk Hakabi olacaq.
Tam oxu
Xəbəri oxu