Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə Trampın keçid komandasının yaydığı bəyanatda bildirilir. Qeyd olunub ki, Pit Heqsetlə ABŞ ordusu yenidən möhtəşəm olacaq. Pentaqonun rəhbəri postuna Heqsetdən başqa Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers və istefada olan general-leytenant Keyt Kelloqun da namizədlikləri nəzərdən keçirilib.
Qeyd edək ki, Heqsetin 44 yaşı var, o, ABŞ-nin Əfqanıstan, İraq və Quantanamoda xidmət edən Milli Qvardiyasının veteranıdır. 2014-cü ildən “Fox” telekanalında işləyir. 2016-cı ildə Heqset, aralarında Marko Rubio da olmaqla respublikaçıların tənqidlərinə baxmayaraq, Trampın ilk məşhur tərəfdarlarından biri olub.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Qeyd edək ki, Heqsetin 44 yaşı var, o, ABŞ-nin Əfqanıstan, İraq və Quantanamoda xidmət edən Milli Qvardiyasının veteranıdır. 2014-cü ildən “Fox” telekanalında işləyir. 2016-cı ildə Heqset, aralarında Marko Rubio da olmaqla respublikaçıların tənqidlərinə baxmayaraq, Trampın ilk məşhur tərəfdarlarından biri olub.
AzVision.az