Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp apreldə Çinə səfər edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri bildirib.
Tramp sosial şəbəkə hesabında Çin lideri Si Cinpinlə telefon danışığı ilə bağlı açıqlama yayıb.
“Çin sədri Si Cinpinlə indicə çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna-Rusiya məsələsi də daxil olmaqla bir çox mövzunu müzakirə etdik. Çinlə əlaqələrimiz son dərəcə güclüdür”, - deyə D.Tramp qeyd edib.
Üç həftə əvvəl Si Cinpilə Cənubi Koreyada keçirdiyi görüşə toxunan Tramp deyib:
“İndi diqqətimizi böyük mənzərəyə yönəldə bilərik. Bu kontekstdə Cinpin aprel ayında məni Pekinə dəvət etdi və mən də bu dəvəti qəbul etdim. Bunun müqabilində yaxın aylarda ABŞ-a dövlət səfərində qonağım olmağı ona təklif etdim”.
İbrahim Cəfərov