Tramp aprelin 2 dək Meksikanın bəzi mallarına rüsumları dayandırıb

07.03.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Meksikaya ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinə (USMCA) daxil olan mallara aprelin 2-dək rusumları dayandırdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdıqdan sonra razılaşdım ki, Meksika USMCA-nın əhatə etdiyi heç bir şey üçün rüsumları ödəməli olmayacaq. Bu razılaşma aprelin 2-dək qüvvədədir", - Tramp qeyd edib.

O, bunu Şeynbauma hörmət əlaməti kimi ifadə edib.

"Münasibətlərimiz çox yaxşıdır və biz sərhəddə həm qanunsuz miqrantların ABŞ-yə daxil olmasının qarşısını almaq, həm də qaçaqmalçılığı dayandırmaq üçün birlikdə çox çalışırıq", - Ağ Ev rəhbəri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью