Tramp Atlantik okeanının adının dəyişdirilməsini təklif edir

27.10.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İndi bizə bir çay və bir okean lazımdır”

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını Amerika okeanı olaraq dəyişdirmək istədiyini bildirib. Amerika lideri həmçinin bir çayın adının dəyişdirilməsini də nəzərdən keçirir.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə ara seçkilərdən əvvəl Missisipidə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Bir düşünün, bizim bir gölümüz və bir körfəzimiz var (Tramp administrasiyası tərəfindən müvafiq olaraq Amerika Gölü və Amerika Körfəzi adlandırılan Ontario Gölü və Meksika Körfəzi). İndi bizə bir çay və bir okean lazımdır. Ona görə də mən Atlantik okeanı haqqında düşünürəm; biz onu Amerika okeanı adlandıracağıq. Düşünürəm ki, Avropa çox sevinəcək", - deyə Tramp bildirib.

Amerika lideri hansı çayın adını dəyişdirmək istədiyini dəqiqləşdirməyib, lakin Missisipi çayının adını dəyişdirməyəcəyinə söz verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью